TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA-nın Baş katibi səfir Ramil Həsən Böyük Birlik Partiyasının sədri Mustafa Destici ilə görüşüb

TÜRKPA-nın Baş katibi səfir Ramil Həsən Böyük Birlik Partiyasının sədri Mustafa Destici ilə görüşüb

Tarix
Baxış
3
2025-ci il oktyabrın 31-də Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici heyəti ilə birlikdə Katibliyi ziyarət edərək TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənlə görüşüb. Ziyarətdən duyduğu böyük məmnuniyyəti ifadə edən Baş katib cənab Həsən cənab Desticini qəbul etməkdən şərəf duyduğunu bildirib. Cənab Həsən TÜRKPA-nın üzv parlamentlərə qarşı məsuliyyətinin daha funksional şəkildə yerinə yetirilməsi məqsədilə yeni yanaşmalar ərsəyə gətirdiyini vurğulayıb. Həmçinin o, bu təkliflərə üzv dövlətlərə edilən səfərlər zamanı parlament sədrlərindən və xarici işlər nazirlərindən güclü dəstək gördüyünü paylaşıb. Öz növbəsində BBP sədri cənab Destici TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə səfir Ramil Həsəni səmimi-qəlbdən təbrik edib və onun bu mühüm vəzifəni də əvvəlki vəzifələrində olduğu kimi ən yaxşı şəkildə həyata keçirəcəyinə inamını ifadə edib. Cənab Destici partiyasının quruluşundan bəri türk dünyası mərkəzli siyasət yürütdüyünü xatırladaraq, türk əməkdaşlıq təşkilatlarının nail olduğu irəliləyişdən və üzərinə götürdükləri missiyadan məmnunluğunu ifadə edib. O, danışıq əsnasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” şüarının hər sahədə hiss edildiyini bildirib. Nəzərdə tutulmuş səfər çərçivəsində Azərbaycanda olan cənab Destici Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən duyduğu xoşbəxtliyi ifadə edərək, bu böyük nailiyyətə görə bütün Azərbaycan xalqını və dövlətini təbrik edib. Görüş zamanı Özbəkistan və Türkmənistanın qatılması ilə TÜRKPA-nın ortaq hədəflərə doğru daha güclü irəliləyəcəyi vurğulanıb. Bundan əlavə, bayrağı rəsmən olmasa da, qəlbi TÜRKPA ilə olan ölkələrin dəstəyinin qazanılmasının əhəmiyyəti də vurğulanıb. TÜRKPA-nın Baş katibinin müavini Muhammet Alper Hayali və komissiya katibi Kadir Yaman da görüşdə iştirak ediblər.