TÜRKPA-nın 13-cü plenar iclası Bakıda keçirilib
Tarix
Baxış
3
6 iyun 2024-cü il tarixində Bakıda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində TÜRKPA-nın “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclası keçirilib.
Tədbir üzv və müşahidəçi parlamentlərinin, eləcə də Özbəkistan Respublikasının Ali Məclisinin nümayəndə heyətlərini, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İƏT üzv dövlətlərinin Parlament İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans, MDB Parlamentlərarası Assambleyası, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, Qırğız-Türk Manas Universiteti və MDB PAA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı kimi türk əməkdaşlıq təşkilatlarının, müşahidəçi təşkilatların və digər qurumların rəhbər və nümayəndələrini bir araya gətirib.
TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış edib. Üzv parlamentlərin rəhbərləri – Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Nurlanbek Şakiyev, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, habelə Macarıstan Milli Assambleyasının Sədr müavini Márta Matray və müşahidəçi qismində Şimali Kipr Türk Respublikası Məclisinin Sədri Zorlu Töre, qonaq qismində isə Özbəkistan Respublikası Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva plenar iclasda çıxış ediblər.
13-cü plenar iclasın gündəliyinə daimi komissiyaların hesabat məruzələri və tövsiyə qərarlarının, “Fərdi məlumatların qorunması haqqında”, “Əmək bazarının tələbi nəzərə alınmaqla kadrların hazırlanması haqqında”, “Tütün məmulatlarının istifadə edilməsinin məhdudlaşdırılması haqqında”, “Ticarət nümayəndəlikləri haqqında”, “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” Model Qanunların, TÜRKPA-nın seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarının qəbul edilməsi, TÜRKPA daimi komissiyalarının sədrləri və sədr müavinlərinin, eləcə də Baş katibin müavininin seçilməsi məsələləri daxil edilib.
Assambleya plenar iclasa təqdim olunan Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun hesabat məruzələrini və tövsiyə qərarlarını nəzərə alıb.
14-cü plenar iclasın 2025-ci ildə Qazaxıstan Respublikasında keçirilməsi ilə bağlı qərar qəbul edilib. 13-cü plenar iclas Bakı Bəyannaməsinin qəbulu ilə yekunlaşıb.
13-cü plenar iclasdan sonra parlamentlərin nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə mətbuat brifinqi keçirilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026