TÜRKPA müşahidəçiləri Türkiyə Ali Seçki Şurasının sədri ilə görüşüb
Tarix
Baxış
3
Azərbaycan və Qazaxıstandan olan parlamentarilər, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 28 may 2023-cü il tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunun qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Türkiyə Respublikasında işinə başlamışdır. Missiyaya Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov rəhbərlik etmişdir.
Müşahidə proqramı çərçivəsində TÜRKPA Missiyası 27 may tarixində Türkiyə Respublikası Ali Seçki Şurasının (ASŞ) sədri Ahmet Yener ilə görüşmüşdür. ASŞ sədri seçkilərin ikinci turuna hazırlıqlar barədə TÜRKPA müşahidəçilərinə məlumat vermiş və Missiyanın suallarını cavablandırmışdır.
Missiya demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsində uğurlar arzu etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026