TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA müşahidəçiləri Qazaxıstanda prezident seçkilərinə dair yekun rəy təqdim etmişdir

TÜRKPA müşahidəçiləri Qazaxıstanda prezident seçkilərinə dair yekun rəy təqdim etmişdir

Tarix
Baxış
2
10 iyun 2019-cu ildə TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Qazaxıstan Respublikasında erkən prezident seçkilərinin müşahidəsinin nəticələrinə dair mətbuat konfransı keçirmişdir. Türkiyə Böyük Millət Məclisinin üzvü və missiya rəhbəri cənab İsmet Uçma KİV nümayəndələrinə TÜRKPA-nın müşahidə proqramı barədə məlumat vermişdir. Cənab Uçma seçki öncəsi mühit və seçki günü səsvermə prosesi daxil olmaqla missiyanın gəldiyi ilkin qənaətlər və qiymətləndirməsi haqqında qısa məlumat vermişdir. Missiya səsvermə, səslərin sayılması, nəticələrin hesablanmasını müşahidə etmək, eləcə də seçicilər və seçki məntəqələri rəsmiləri ilə danışmaq imkanı əldə etmişdir. Öz proqramı müddətində missiya Xarici İşlər Naziri, Mərkəzi Seçki Komissiyasının sədr müavini və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirmişdir. Missiya heç bir ciddi pozuntu və qanuni çərçivədən kənara çıxma müşahidə etmədiyini qeyd etmişdir. TÜRKPA müşahidəçiləri 9 iyun 2019-cu ildə Qazaxıstan Respublikasında keçirilmiş prezident seçkilərinin Qazaxıstan Respublikasının milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirildiyi qənaətinə gəlmişdir.