TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA müşahidəçi missiyası Türkiyədə keçirilən ümumxalq referendumunu izləyir

TÜRKPA müşahidəçi missiyası Türkiyədə keçirilən ümumxalq referendumunu izləyir

Tarix
Baxış
4
16 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin üzvləri cənab Əhliman Əmiraslanov və Ağalar Vəliyev, Qazaxıstan Respublikası Parlamentinin nümayəndələri senator Manap Kobenov və Məclisin üzvü (Aşağı Palata) Bekpolad Tleuxan və Qırğız Respublikası Joqorku Keneşinin üzvü Kaldarbek Baymuratov TürkPA beynəlxalq müşahidəçi missiyasının tərkibində Türkiyə Respublikasında keçirilən, konstitusiyaya təklif edilmiş dəyişikliklərə dair ümumxalq referendumunun qısamüddətli monitorinqini həyata keçirir. 14 aprel tarixində TürkPA müşahidəçiləri Türkiyənin Yüksək Seçki Şurasını ziyarət etmiş və Şuranın Sədri cənab Sadi Güvənlə görüşmüşdür. Cənab Güvən ölkə daxilində 55, xaricdə isə 3 million Türkiyə vətəndaşının referendumda səs vermək üçün qeydiyyatdan keçdiyini bildirmişdir. O hesab edir ki, seçicilərin sayı 80%-dən az olmamalıdır. TürkPA nümayəndə heyəti həmçinin Ədalət və İnkişaf partiyalarının və ana müxalifət Cümhuriyyət Xalq partiyası parlament fraksiyalarının liderləri ilə də görüşlər keçirmişdir. Görüşdə TürkPA millət vəkilləri yekdilliklə referendumun nəticələrindən asılı olmayaraq digər qardaş ölkələrin Türkiyəyə sülh və firavanlıq arzu etdiklərini bildirmişdir.