TÜRKPA Missiyası Özbəkistanın MSK sədri ilə görüşüb
Tarix
Baxış
4
7 iyul 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpekin rəhbərlik etdiyi Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası Özbəkistan Respublikasında fəaliyyətə başlamışdır.
Missiya Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev ilə görüşmüşdür.
Cənab Nizamxocayev Missiyanı növbədənkənar prezident seçkilərinə hazırlıq və seçki prosesi, o cümlədən seçicilər və namizədlərin qeydiyyatı barədə məlumatlandırmışdır. MSK sədri TÜRKPA müşahidəçilərinin suallarını cavablandırmışdır.
Missiya qarşıdan gələn seçkilərin keçirilməsində qardaş Özbəkistana müvəffəqiyyətlər arzulamışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026