TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Missiyası Özbəkistanda siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirib

TÜRKPA Missiyası Özbəkistanda siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirib

Tarix
Baxış
3
25-26 oktyabr 2024-cü il tarixlərində TÜRKPA Seçki Müşahidə Missiyası Daşkənddə Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasına keçirilən seçkilərdə iştirak edən siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə missiya həmsöhbətlər - Özbəkistan Liberal Demokrat Partiyasının sədri Aktam Xaitov, “Milli Dirçəliş” Demokratik Partiyasının sədri Əlişir Kadırov, Özbəkistan Xalq Demokratik Partiyasının sədri Uluqbek İnoyatov, Özbəkistanın “Ədalət” Sosial Demokrat Partiyasının sədri Robaxon Maxmudova və Özbəkistan Ekoloji Partiyasının sədri Abduşükür Həmzəyev tərəfindən seçkiqabağı mühit və oktyabrın 27-də keçiriləcək seçkilərə dair gözləntilər barədə məlumatlandırılıb. Missiya ədalətli və şəffaf seçkilərin keçirilməsində uğurlar arzulayıb. TÜRKPA Seçki Müşahidə Missiyasının tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentariləri – Əhliman Əmiraslanov, Ağalar Vəliyev (Azərbaycan), Kudayberqen Bexultanov (Qazaxıstan), Azizbek Tursunbayev (Qırğızıstan), Osman Mesten, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz,Harun Özgür Yıldızlı, Filiz Kılıç, Ömer Faruk Gergerlioğlu (Türkiyə), TÜRKPA Baş katibi Mehmet Süreyya Er, eləcə də parlamentlərin əməkdaşları və TÜRKPA Katibliyinin digər nümayəndələri daxil edilib. Missiyaya Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten rəhbərlik edib.