TÜRKPA Missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə edib
Tarix
Baxış
3
1 sentyabr 2024-cü il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirib.
Seçki günündən öncə Missiya Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla görüşlər keçirib.
Səsvermə günü Missiya Bakı, Şamaxı və Qobustan şəhərlərindəki seçki məntəqələrini ziyarət edib.
Missiya seçki məntəqələrinin açılması və səslərin sayılması da daxil olmaqla səsvermə prosesini müşahidə edib. Missiya üzvləri seçkilərin gedişatını izləyib, seçicilər, yerli müşahidəçilər və seçki məntəqələrinin rəsmiləri ilə söhbətlər aparıb, yerli və xarici media nümayəndələrinə müsahibələr verib.
2 sentyabr 2024-cü il tarixində Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib. Missiya müşahidə aparılan seçki məntəqələrində ümumi səsvermə prosesini müsbət qiymətləndirib, eyni zamanda seçkilərin şəffaf və yaxşı təşkil olunmuş kimi səciyyələndirib. Missiya seçki idarəetmə orqanlarının kifayət qədər resurslarla təmin olunduğunu və seçkilərə hazırlıq işlərinin səmərəli şəkildə həyata keçirdiklərini qeyd edib. Missiya əlilliyi olan seçicilərin seçki hüquqlarının təmin edilməsi istiqamətində görülən tədbirləri müsbət qiymətləndirib.
Missiya 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar parlament seçkilərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib.
TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstan və Türkiyə parlamentariləri – Mukaş İskandirov (Qazaxıstan), Ahmet Zenbilci, Emre Çalışkan, Mahmut Rıdvan Nazırlı, Kadim Durmaz və Filiz Kılıç (Türkiyə), TÜRKPA Baş katibi Mehmet Süreyya Er, parlamentlərin əməkdaşları və TÜRKPA Katibliyinin digər nümayəndələrindən ibarət olub. Missiyaya Türkiyə Böyük Millət Məclisinin üzvü Ahmet Zenbilci rəhbərlik edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026