TÜRKPA “Mərkəzi Asiya və süni intellektin qlobal etikası: Çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib
Tarix
Baxış
3
TÜRKPA Baş katibinin müavini Sakı Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti 23 aprel 2025-ci il tarixində Astanada UNESCO-nun Almatıdakı Regional ofisi ilə birgə Qazaxıstan Respublikası Prezident Mərkəzinin təşkilatçılığı ilə “Mərkəzi Asiya və süni intellektin qlobal etikası: Çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfransda dövlət idarəçiliyi, təhsil, səhiyyə, elm və rəqəmsal iqtisadiyyat sahələrində süni intellektin tətbiqində etik çərçivələr və beynəlxalq əməkdaşlıq müzakirə olunub.
Konfrans süni intellektin təkamülünü və bu texnologiyanın sosial sahələrdə etik tətbiqini müzakirə etmək üçün platforma rolunu oynayıb.
Tədbirdə siyasətçilər, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, süni intellekt üzrə tədqiqatçılar, akademiklər, proqram təminatı üzrə ekspertlər və bu sahədə çalışan mühəndislər bir araya gəlib.
Konfransda TÜRKPA baş katibinin müavini Sakı Sadıkov da çıxış edib. O, çıxışında süni intellektin cəmiyyətdə yarada biləcəyi fayda və zərərləri vurğulayaraq, "Alqoritmlər nə dərəcədə şəffafdır? Süni intellektin xətalarına görə kim cavabdehdir? Süni intellekt sosial bərabərsizliyi artıracaqmı?" və digər universal etik suallarla müraciət edib.
Cənab Sadıkov kibertəhlükəsizliyin gücləndirilməsi və ictimai məlumatlılığın artırılmasının vacibliyini vurğulayaraq, Mərkəzi Asiya regionunun mədəni dəyərlərini və ənənələrini nəzərə alan süni intellektin etik çərçivəsini yaradacaq xüsusi hüquqi tənzimləmələrin həyata keçirilməsinə çağırıb.
TÜRKPA nümayəndə heyəti Prezident Mədəniyyət Mərkəzi və Muzeyində yerləşən muzeylə də tanış olub. Ekskursiyadan sonra cənab Sadıkov muzeyin xatirə kitabına xatirə yazısı yazıb.
Baş katibin müavini Sakı Sadıkovu TÜRKPA Katibliyinin əməkdaşı, TÜRKPA Gənc Parlamentarilər Qrupunun icraçı katibi Serhat Uysal müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026