TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda iştirak edib

TÜRKPA “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda iştirak edib

Tarix
Baxış
3
2 dekabr 2021-ci il tarixində TÜRKPA baş katibinin müavini Fuad Ələkbərov Bakıda ADA Universitetində dövlət rəsmilərinin, beynəlxalq təşkilatlar, diplomatik missiyalar və akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda iştirak etmişdir. Tədbirin proqramına “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək”, “Sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini dayanıqlı şəkildə necə gücləndirə bilərik?” və “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” adlı üç panel sessiyası daxil olub. Tədbir zamanı iştirakçılar mədəniyyətin, irsin və kimliyin sülh quruculuğunda rolunu və bu amillərin ortaq dəyərlər və maraqlar üzərində müsbət təsirini müzakirə ediblər.