TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA MDB PAA DİMBİ Bakı filialının seminarında iştirak edib

TÜRKPA MDB PAA DİMBİ Bakı filialının seminarında iştirak edib

Tarix
Baxış
3
2021-ci ilin 30 iyun tarixində baş katibin müavini Talqat Aduov MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının təşkil etdiyi “İradə ifadə edilməsi azadlığının təmin edilməsi sahəsində normativ-hüquqi tənzimlənmə” mövzusunda seminarda iştirak edib. Parlamentarilər, Azərbaycan MSK-nın, elmi dairələr və mətbuat nümayəndələri tədbirə qatılıb. Çıxışı zamanı Talqat Aduov xalqın iradəsinin hakimiyyətin əsası, seçki və referendumların bu iradənin ifadə olunması vasitələrindən biri olduğunu qeyd etmişdir. Baş katibin müavini üzv ölkələrdə TÜRKPA müşahidə missiyalarının fəaliyyətinə dair məlumat verib. O, Qırğız Respublikasında keçirilmiş son seçki və referendumlar zamanı TÜRKPA və MDB PA müşahidə missiyaları arasında görüşlərin əhəmiyyətini vurğulayaraq, belə görüşlərin keçirilməsinin iki təşkilat arasında təcrübə mübadiləsi və əməkdaşlığın gələcək inkişafına töhfə verəcəyini bildirmişdir.