TÜRKPA MDB PA Plenar İclasında iştirak etmişdir
Tarix
Baxış
2
22 noyabr 2019-cu il tarixində Baş katib Altınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyanın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş 50-ci yubiley Plenar İclasında iştirak etmişdir.
MDB PA üzv ölkələrindən olan parlament nümayəndə heyətləri, beynəlxalq təşkilat və elmi dairələrin nümayəndələri Plenar İclasda bir araya gəlmişdir. Gündəliyə MDB PA-nın Daimi Komissiyaları tərəfindən hazırlanan model qanun layihələri və 2020-2022-ci illərdə MDB-nin model qanunvericiliyi ilə bağlı uzunmüddətli plan layihəsinin təqdim olunması kimi məsələlər daxil edilmişdir.
İclasın sonunda MDB PA Şurası üzvləri mətbuat konfransı keçirmişdir.
Tədbir çərçivəsində Baş katib TÜRKPA üzv ölkələrindən olan parlament nümayəndə heyətlərinin başçıları ilə görüşmüşdür.
Həmçinin Baş katibin müavini Fuad Ələkbərov tədbirdə iştirak etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026