TÜRKPA MDB PA-nın 57-ci Plenar iclasında iştirak edib
Tarix
Baxış
3
TÜRKPA-nın Baş katibinin müavini Fuad Ələkbərov 2024-cü il noyabrın 22-də Sankt-Peterburq şəhərində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) 57-ci Plenar iclasında iştirak edib.
Plenar iclasda MDB PA üzv dövlətlərindən parlament nümayəndə heyətləri, yüksək vəzifəli rəsmilər və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Plenar iclasın əsas mövzusu “Demokratiyanın inkişafı və Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin dövlət suverenliyinin qorunmasında beynəlxalq seçki müşahidə institutunun rolu” olub. İclasda demokratiya, ətraf mühitin mühafizəsi və sosial siyasət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə MDB PA-nın səyləri vurğulanıb.
MDB PA Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının spikeri Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli və Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının Beynəlxalq məsələlər və milli təhlükəsizlik daimi komissiyasının sədri Serqey Aleynik çıxış ediblər.
İclasın gündəliyi demokratik proseslərin dəstəklənməsi, seçki müşahidəsi, rəqəmsal mühitdə vətəndaşların hüquqlarının müdafiəsi, ətraf mühit siyasəti, əməyin mühafizəsi və transsərhəd əməkdaşlıq üzrə müzakirələri əhatə edib. Elektron səsvermə, dayanıqlılıq və model qanunlar kimi mövzularda əsas hesabatlar təqdim edilib.
İclas çərçivəsində nüfuzlu Çingiz Aytmatov Mükafatı daxil olmaqla, MDB PA mükafatları müvafiq sahələrində fərqlənən şəxslərə təqdim edilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026