TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA MDB PA-nın 55-ci Plenar iclasında iştirak edib

TÜRKPA MDB PA-nın 55-ci Plenar iclasında iştirak edib

Tarix
Baxış
3
Baş katib Mehmet Süreyya Er 14 aprel 2023-cü il tarixində Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) 55-ci Plenar iclasında iştirak etmişdir. Plenar iclasda MDB PA-nın üzvü olan ölkələrin parlament nümayəndə heyətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir. “Müstəqil Dövlətlər Birliyinin ekologiya və ətraf mühitin idarə edilməsi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi” mövzusunda keçirilən plenar iclasın gündəliyinə MDB PA-nın daimi komissiyaları tərəfindən öz fəaliyyət sahələri üzrə hazırlanmış hesabat və tövsiyələrin, həmçinin bir sıra model qanunların qəbulu daxil edilmişdir. 55-ci Plenar iclas mükafatların təqdimatı və MDB PA-nın Şura üzvlərinin mətbuat konfransı ilə yekunlaşmışdır.