TÜRKPA MDB PA DİMBİ Bakı Filialının ev sahibliyində dəyirmi masada iştirak edib
Tarix
Baxış
3
2024-cü il oktyabrın 31-də Baş katibin müavini Fuad Ələkbərov MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı Filialının təşkil etdiyi “Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masada iştirak edib.
Tədbir dəyirmi masanın məqsədi haqqında iştirakçılara məlumat verən MDB PA DİMBİ Bakı Filialının direktoru Ramin Rzayevin açılış çıxışı ilə başlayıb. Həmçinin o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətində MDB üzvü olan dövlətlərlə, xüsusilə humanitar, mədəniyyət, elm, təhsil, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi xəttinin aydın şəkildə izlənildiyini vurğulayıb.
Tədbir Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, siyasi partiyaların, dövlət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, elmi dairələrin nümayəndələrini, o cümlədən digər ekspertləri bir araya gətirib.
Dəyirmi masa tədbirin yekun sənədinə edilmiş tövsiyələrlə başa çatıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026