TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib

TÜRKPA “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak edib

Tarix
Baxış
3
26 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən “Laçın Şəhər Günü” bayram tədbirində iştirak ediblər. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomat, hərbi attaşe və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə həmçinin TÜRKPA da iştirak edib. Dövlət başçısı öz çıxışında Laçın şəhərinin ötən il azad edilməsinin ardınca aparılan yenidənqurma işlərindən sonra xarici ölkələri təmsil edən diplomatları və Azərbaycanın müxtəlif şəhərlərindən təşrif buyurmuş qonaqları Laçında salamlamaqdan məmnun olduğunu ifadə edib. Müxtəlif mədəni tədbirlərdən ibarət proqram Azərbaycanın xalq artistlərinin ifasında qala-konsertlə başa çatıb. Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhər günləri təsis edilib. Şəhər günləri şəhərlərin işğaldan azad olunduğu tarix hesab edildiyindən “Laçın şəhəri günü” 26 avqust - Laçın şəhərinin azad edilməsi günü olaraq qeyd edilir. 2023-cü ildə ilk dəfə olaraq Laçında şəhər günü keçirilirib.