TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Komissiyasının katibi BMT-nin terrorla mübarizə üzrə koordinasiya iclasında iştirak edib

TÜRKPA Komissiyasının katibi BMT-nin terrorla mübarizə üzrə koordinasiya iclasında iştirak edib

Tarix
Baxış
3
26 noyabr 2025-ci il tarixində TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Parlament Assambleyalarının Terrorla Mübarizə üzrə Koordinasiya Mexanizminin 8-c iclasında onlayn formatda iştirak edib. Yüksək səviyyəli tədbir Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsinin terrorizmin qarşısının alınması və onunla mübarizədə parlamentin iştirakı üzrə Proqram Ofisi tərəfindən təşkil edilib. Tədbir, həmçinin Qətər Dövləti Şura Məclisinin dəstəyi və Kipr Respublikasının Nümayəndələr Palatası və Koordinasiya Mexanizminin hazırkı sədri kimi Aralıq Dənizi Parlament Assambleyası ilə əməkdaşlıq çərçivəsində keçirilib. Komissiya katibi öz çıxışında terrorizmlə qlobal mübarizədə parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıb. O, Türk Dövlətləri Parlamentlərinin Milli müdafiə və təhlükəsizlik komitələri sədrlərinin iclasları barədə məlumat verərək, TÜRKPA-nın dialoqun təşviqində və türk regionunda təhlükəsizliyin gücləndirilməsi üçün qanunvericilik səylərinin əlaqələndirilməsində mühüm rolunu qeyd edib. İclas zamanı Aralıq Dənizi Parlament Assambleyası iştirakçılar tərəfindən Koordinasiya Mexanizminin növbəti müddətə sədri seçilib. Tədbir terrorla mübarizənin mühüm sahəsində parlament assambleyaları arasında qabaqcıl təcrübələrin mübadiləsi və əməkdaşlıq şəbəkələrinin gücləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.