TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA KAZSTANDART ilə Anlaşma Memorandumu imzalayıb

TÜRKPA KAZSTANDART ilə Anlaşma Memorandumu imzalayıb

Tarix
Baxış
3
18 noyabr 2022-ci il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Astanada Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsinin Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutunu ziyarət etmiş və Baş direktoru Qabit Muxambetov ilə görüşmüşdür. Tərəflər öz qurumlarının fəaliyyəti barədə bir-birini məlumatlandırmış, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Görüşdən sonra TÜRKPA və KAZSTANDART arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda tərəflər qurumlar arasında əlaqələri gücləndirmək və keyfiyyət infrastrukturu, iqtisadiyyat, tətbiqi tədqiqatlar və digər əlaqəli sahələrdə əməkdaşlıq çərçivəsinin təmin edilməsi barədə razılığa gəlmişdir.