TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Katibliyində dəyirmi masa çərçivəsində Qırğızıstan haqqında kitabların təqdimatı baş tutub

TÜRKPA Katibliyində dəyirmi masa çərçivəsində Qırğızıstan haqqında kitabların təqdimatı baş tutub

Tarix
Baxış
3
2021-ci ilin 3 iyul tarixində TÜRKPA Katibliyində keçirilən “Azərbaycan və Qırğızıstan: Nailiyyətlər və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa çərçivəsində “Qırğızlar” kitabının (Azərbaycan dilinə tərcümə edilmiş) təqdimatı baş tutub. Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Kanıbek İmanaliyevin müəllifi olduğu kitab qırğız xalqının tarixi, mədəniyyəti və irsinə həsr edilmişdir. Eyni zamanda, tədbir çərçivəsində azərbaycanlı ədəbiyyatşünas və şair Adil Cəmilin müəllifi olduğu “Manas” kitabının da təqdimatı keçirilmişdir.