TÜRKPA itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən brifinqdə iştirak edib
Tarix
Baxış
3
18 avqust 2023-cü il tarixində Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkilatşılığı ilə keçirilən brifinqdə iştirak edib.
Brifinqdə Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İştirakçılara Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin axtarışı istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bildirib ki, Birinci Qarabağ müharibəsindən indiyədək 3890 nəfər itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov məsələ ilə bağlı mühüm açıqlamalar verib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026