TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA itkin düşmüş şəxslərin probleminin həllinə dair beynəlxalq konfransda iştirak edib

TÜRKPA itkin düşmüş şəxslərin probleminin həllinə dair beynəlxalq konfransda iştirak edib

Tarix
Baxış
3
9 oktyabr 2024-cü il tarixində Baş katibin müavini Sakı Sadıkov Əsir və girov götürülmüş vətəndaşlarla əlaqədar Azərbaycan Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda iştirak edib. Tədbirdə beynəlxalq təşkilatların, müvafiq sahədə fəaliyyət göstərən xarici qurumların nümayəndələri və ekspertləri, habelə itkin düşmüş şəxslərin ailə üzvləri iştirak ediblər. Açılış sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciəti oxunub. Dövlət başçısı müraciətində Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşdığını qeyd edib. O, həmçinin məsələyə lazımi beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğunu vurğulayıb. Tədbir dünyada itkin düşmüş şəxslərin probleminə həsr olunmuş qısametrajlı filmin nümayişi ilə davam edib. Açılış sessiyasının ardınca “Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi”, “Ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması”, “İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri, onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri”, “İtkin düşmüş şəxslərin qalıqlarının axtarışı, bərpası, məhkəmə-tibbi identifikasiyası sahəsində irəliləyiş və çətinliklər" mövzularında dörd panel sessiyalar keçirilib. Oktyabrın 3-də konfransın ikinci günü Sırxavənd kəndində aşkar edilmiş qalıqların eksqumasiya prosesini izləmək məqsədilə Ağdərə rayonuna, eləcə də Şuşa şəhərinə səfər təşkil edilib.