TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA İssık-Kul Seçki Forumunda iştirak edib

TÜRKPA İssık-Kul Seçki Forumunda iştirak edib

Tarix
Baxış
3
22-23 iyun 2023-cü il tarixlərində TÜRKPA Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasının Seçkilər və Referendum üzrə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil edilmiş “XXI əsrin seçkiləri: müxtəliflik, qabaqcıl təcrübələr, aktual məsələlər və inkişaf yolları” adlı İssık-Kul Seçki Forumunda iştirak etmişdir. Forum seçki idarəetmə orqanları, beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini, o cümlədən akademik dairələrin nümayəndələrini və ekspertləri bir araya gətirmişdir. Qırğız Respublikasının MSK sədri Nurjan Şaildabekova salamlama nitqi ilə çıxış edərək, forumun açıq dialoq və konstruktiv əməkdaşlıq, bütün seçki idarəetmə orqanlarının üzləşdiyi aktual problemlərin innovativ həlli yollarını axtarmaq imkanı verən platforma kimi əhəmiyyətini qeyd etmişdir. Tədbirin ilk günündə “Seçki qanunvericiliyi və prosesinin təkmilləşdirilməsi”, “Etibarlılıq və şəffaflıq texnologiyaları”, “Gənclər və seçkilər” mövzularında dəyirmi masalar keçirilmiş, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və hüquq-mühafizə təcrübəsi ilə əlaqədar məsələlər, seçki texnologiyaları, seçkilərlə bağlı çərçivə və seçki prosesinə dair təcrübə mübadiləsi müzakirə edilmişdir. İkinci gün forumun plenar iclası Qırğız Respublikasının Prezidenti Sadır Japarovun onlayn formatda çıxışı ilə başlamışdır. Forumda Baş katib Mehmet Süreyya Er də nitq söyləmişdir. Tədbirin ikinci günü seçki idarəetmə orqanları və beynəlxalq təşkilatların rəhbər və nümayəndələrinin çıxış və təqdimatları olmuşdur.