TÜRKPA İqtisadiyyat, maliyyə və enerji üzrə 4-cü beynəlxalq konqresdə iştirak edib
Tarix
Baxış
3
TÜRKPA 14-15 oktyabr 2020-ci il tarixlərində videokonfrans vasitəsilə baş tutmuş İqtisadiyyat, maliyyə və enerji üzrə 4-cü beynəlxalq konqresdə (EFE’2020) iştirak edib.
Konqres Hoca Ahmet Yesevi Beynəlxalq Qazax-Türk Universiteti, Niğde Ömer Halisdemir Universiteti və Dokuz Eylül Universiteti tərəfindən birgə təşkil edilmişdir. Konqresin əsas mövzuları aşağı karbon enerjisi istehsalı, bərpa olunan enerji, iqlim dəyişikliyi, enerji müstəqilliyi, enerji səmərəliliyi, elektrikli nəqliyyat vasitələri, böyük enerji sərmayələrinin maliyyələşdirilməsi, o cümlədən iqtisadiyyat, maliyyə və enerji ilə bağlı digər məsələlər olmuşdur.
TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının katibi Emin Həsənov Enerji və ətraf mühit üzrə paneldə çıxış etmişdir. O, model qanunların hazırlanması və mümkün gələcək layihələr də daxil olmaqla bu istiqamətdə Assambleya çərçivəsində həyata keçirilməkdə olan fəaliyyətlər haqqında iştirakçılara məlumat vermişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026