TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA İnsan Hüquqları üzrə 4-cü Səmərqənd Forumunda iştirak edib

TÜRKPA İnsan Hüquqları üzrə 4-cü Səmərqənd Forumunda iştirak edib

Tarix
Baxış
3
13-14 iyun 2024-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er və Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin rəhbərliyi ilə keçirilən “Ətraf mühit çağırışları: Dəyişən dünyada insan hüquqlarının gələcəyi üçün dayanıqlı həll yollarının təmin edilməsi” mövzusunda İnsan Hüquqları üzrə 4-cü Səmərqənd Forumunda iştirak edib. Ənənəvi beynəlxalq Forum 200-ə yaxın iqlim dəyişikliyi və insan hüquqları üzrə milli və beynəlxalq ekspert, ombudsmanlar, iqlim dəyişikliyi məsələləri və insan hüquqları ilə məşğul olan dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, tədqiqat mərkəzləri, şirkətlər, işgüzar dairələr və elmi təşkilatların nümayəndələrini bir araya gətirib. Tədbir qlobal ekspertlərlə geniş əlaqəni asanlaşdıran və iqlim dəyişikliyinin insan hüquqlarına mənfi təsirlərini yumşaltmaq üçün hərtərəfli strategiyaların və həllərin işlənib hazırlanmasına yönəlmiş, oflayn və onlayn olaraq keçirilən üç plenar sessiyanı əhatə edib. Qonaqları salamlayan Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin direktoru, professor, doktor Akmal Saidov qeyd edib ki, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, ətraf mühitin çirklənməsi planeti təhdid edir və hətta dünyanın geosiyasi arxitekturasına təsir göstərir. O, həmçinin bu tədbirdə insan hüquqları sahəsində Səmərqənd ənənələrinin formalaşdığını vurğulayıb. Müxtəlif sahələrdən olan iştirakçılar Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və dəyişən iqlim şəraitində insan hüquqlarının qorunmasını təmin edən effektiv strategiyalar üzərində birgə müzakirələr aparıb. Baş katib Mehmet Süreyya Er Forumun açılış mərasimində çıxış edib.