TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA İkinci Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

TÜRKPA İkinci Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Tarix
Baxış
3
27-30 iyun 2024-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er Özbəkistan Respublikasının Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi altında keçirilən İkinci Beynəlxalq Maqom (Muğam) Sənəti Forumunda iştirak edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilən ənənəvi Beynəlxalq Maqom Sənəti Forumunda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edib. İyunun 27-də keçirilən təntənəli açılış mərasimi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutub. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNECSO) Baş Konfransının sədri Simona-Mirela Mikulesku, İslam Təhsil, Elm və Mədəniyyət Təkilatının (ICESCO) baş direktoru Dr. Salim M. AlMalik, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi (TÜRKSOY) Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayimkulova, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin müavini Nurlan Seytimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Yalçın Topçu, Tacikistan Respublikası Prezidentinin sosial inkişaf, mədəniyyət məsələləri üzrə köməkçisi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abdulla Rəhmonzoda, diplomatik korpusların nümayəndələri və digər qonaqlar iştirak ediblər. Prezident Şavkat Mirziyoyev öz nitqində qonaqları səmimi salamlayaraq, bu əlamətdar tədbirdə iştiraka görə minnətdarlığını bildirib. Dövlət başçısı Özbəkistanın və dünya mədəni irsinin dərin mənəvi sərvəti olan maqom sənətinin əhəmiyyətini və xüsusi yerini vurğulayıb. O, Özbəkistanda maqom sənətinin təbliği, o cümlədən istedadlı gənclərə hərtərəfli dəstəyin göstərilməsi və müvafiq sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Forumun açılış mərasimində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er də çıxış edib. Bundan başqa, müxtəlif ölkələrdən alim və tədqiqatçıların iştirak etdiyi Maqom Sənəti Forumu çərçivəsində “Maqom sənətinin nəzəri və praktiki əsasları: problemlər və həlli yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir çərçivəsində həmçinin tanınmış incəsənət ustalarının və Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Çin, Mərakeş, İordaniya, Yaponiya, Tacikistan, İran, Tunis, Hindistan, Misir, İndoneziya və Qətəri təmsil edən 16 ölkədən 95 maqom ifaçılarının iştirakı ilə konsert proqramı təşkil edilib. Beynəlxalq Maqom Sənəti Forumu Özbəkistan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli “Özbək milli maqom sənətinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında” Qərarına əsasən təsis edilib. Birinci Beynəlxalq Maqom Sənəti Forumu 6-10 sentyabr 2018-ci il tarixlərində Özbəkistanın Şəhrisəbz şəhərində keçirilib. Daha sonra isə pandemiya səbəbindən forum təxirə salınıb.