TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Heydər Əliyevin konstitusionalizmdə rolu mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

TÜRKPA Heydər Əliyevin konstitusionalizmdə rolu mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

Tarix
Baxış
3
8 dekabr 2025-ci il tarixində TÜRKPA Baş katibinin müavini Sakı Sadıkov Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının təşkilatçılığı ilə Bakı şəhərində “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya parlamentlərinin deputatları, Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin diplomatik korpuslarının nümayəndələri, ali təhsil müəssisələrinin və dövlət qurumlarının rəsmiləri iştirak ediblər. MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitri Kobitski çıxışında Azərbaycanın dövlət quruculuğu təcrübəsinin MDB dövlətləri üçün xüsusi əhəmiyyətini vurğulayaraq, Heydər Əliyevin siyasi bacarığı sayəsində Azərbaycanın suveren və çiçəklənən dövlətə çevrildiyini qeyd edib. Konfransda çıxış edən Baş katibin müavini Sakı Sadıkov Heydər Əliyevin müstəqil Azərbaycanın qurulmasında, dövlət institutlarının möhkəmləndirilməsində, müasir parlamentarizmin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, Heydər Əliyevin rəhbərliyi ilə siyasi sabitliyin təmin olunduğunu, beynəlxalq əlaqələrin genişləndiyini, qanunun aliliyi prinsiplərinə ciddi riayət olunduğunu, onun irsinin ölkənin sabitliyi, inkişafı, beynəlxalq nüfuzu üçün möhkəm hüquqi və institusional əsaslar yaratdığını qeyd edib. Konfrans digər çıxışlarla davam edib.