TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

TÜRKPA Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Tarix
Baxış
3
1 iyun 2023-cü il tarixində TÜRKPA-nın Baş katibinin müavini Talqat Aduov Azərbaycan Respublikası Milli Məclisinin, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) və MDB PA üzv dövlətlərinin Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Tədbirdə MDB üzv dövlətlərinin parlamentariləri, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, nazirliklər, təhsil müəssisələri və digər qurumların nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə MDB PA DİMBİ-nin Bakı filialının direktoru Ramin Rzayev açmışdır. O, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlama nitqini çatdırmaq üçün sözü Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədova təqdim etmişdir. Öz növbəsində, MDB PA-nın baş katibinin müavini Aydın Cəfərov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri, MDB PA-nın Şura sədri Valentina Matviyenko və MDB PA-nın baş katibi Dmitri Kobitski adından salamlama nitqləri ilə çıxış etmişdir. Konfrans iştirakçıların tədbirin mövzusu üzrə çıxışları ilə davam etmişdir. Tədbir iştirakçıları Heydər Əliyevin multikulturalizm və tolerantlıq siyasəti, onun Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinin inkişafına verdiyi dəyərli töhfələrdən danışmış, Ulu Öndərin siyasi irsinin və təcrübəsinin MDB ölkələri və dünya üçün əhəmiyyətini vurğulamışdır. Konfransın sonunda “Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev – 100 il” mövzusunda məktəblilər arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.