TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Füzuli Şəhəri Günü tədbirində iştirak edib

TÜRKPA Füzuli Şəhəri Günü tədbirində iştirak edib

Tarix
Baxış
3
17 oktyabr 2023-cü il tarixində Baş katibin müavini vəzifəsini icra edən Sakı Sadıkov Füzuli Şəhəri Günü münasibətilə keçirilən tədbirlərdə iştirak edib. Füzuli Şəhəri Günü Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər. Proqrama qala-konsert, dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”, “Ümummilli lider Heydər Əliyev və Füzuli”, “Füzuli rayonu – işğaldan öncə və işğaldan sonra” adlı, həmçinin Füzuli ərazisindəki Yedditəpə kurqanları arxeoloji abidəsindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinin yer aldığı sərgilər daxil olub. Tədbir məkanında proqramın bir hissəsi olaraq "100 tar" adlı kompozisiya təqdim olunub. İştirakçılar işğaldan azad edildikdən sonra şəhərdə aparılan quruculuq və bərpa işləri ilə də tanış olublar. Füzuli şəhəri 2020-ci ildə İkinci Qarabağ müharibəsində işğaldan azad edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 17 oktyabr tarixində hər il Füzuli Şəhəri Günü qeyd olunacaq.