TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Elektron ticarət haqqında model qanun layihəsi üzrə seminar təşkil edib

TÜRKPA Elektron ticarət haqqında model qanun layihəsi üzrə seminar təşkil edib

Tarix
Baxış
3
15 aprel 2021-ci ildə TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyası çərçivəsində Elektron ticarət haqqında model qanun layihəsi üzrə seminar onlayn formatda təşkil edilmişdir. Üzv ölkələrin parlamentlərinin müvafiq komitələri, nazirliklər və qurumlardan olan ekspertlər, habelə TÜRKPA Katibliyinin nümayəndələri tədbirdə iştirak edib. Baş katibin müavini Ali Yıldız açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlamışdır. İştirakçılar COVID-19 pandemiyası və ondan irəli gələn məhdudlaşdırıcı tədbirlər fonunda müvafiq olaraq öz ölkələrindəki cari iqtisadi vəziyyətə dair çıxış etmişdir. Ekspertlər ilkin olaraq TÜRKPA Katibliyi tərəfindən hazırlanmış Elektron ticarət haqqında model qanun layihəsini müzakirə etmişdir.