TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA “Elbası. Müstəqillik. Parlament” adlı beynəlxalq parlament konfransına qatılıb

TÜRKPA “Elbası. Müstəqillik. Parlament” adlı beynəlxalq parlament konfransına qatılıb

Tarix
Baxış
3
TÜRKPA Baş katibi 22 noyabr 2021-ci il tarixində Qazaxıstanın Birinci Prezidenti gününə həsr olunmuş “Elbası. Müstəqillik. Parlament” adlı beynəlxalq parlament konfransında iştirak edib. TÜRKPA-nın Fəaliyyətdə olan Sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulinin evsahibliyində keçirilən konfransda Türkdilli ölkələrin parlamentlərinin rəhbərliyi, yüksək vəzifəli rəsmilər, parlamentarilər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri çıxış edib. Konfransda Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin güclü iqtisadiyyata malik müasir dövlət olaraq dünya birliyinin tamhüquqlu üzvü kimi Qazaxıstanın dövlət quruculuğunda və gedərək artan rolunda uzunmüddətli baxışları, habelə bu proseslərdə Qazaxıstan Parlamentinin mühüm rolu vurğulanıb. TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er öz çıxışında Qazaxıstan dövlətçiliyinin təşəkkülü və möhkəmlənməsi, eləcə də türk əməkdaşlığının inkişafında Nursultan Nazarbayevin mühüm töhfəsini xüsusi olaraq qeyd edib. Baş katib Elbasının Türk institusional əməkdaşlığının qurulması, həmçinin türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş "2040 türk dünyasının vizionu" proqramının işlənib hazırlanması üzrə təşəbbüslərini də qeyd edib.