TÜRKPA “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışının təqdimat mərasimində iştirak edib
Tarix
Baxış
3
17 dekabr 2025-ci il tarixində Baş katibin müavini Muhammet Alper Hayali ADA Universitetində keçirilən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən nəşr edilmiş “Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışının təqdimat mərasimində iştirak edib.
Jurnalın xüsusi buraxılışı “COP29: Yaşıl Dünya naminə Həmrəylik” başlığı ilə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) sədrliyinə həsr olunub.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisin deputatları və yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən Milli Məclisinin deputatı, ADA-nın prorektoru Fariz İsmayılzadə, COP29 Prezidenti və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və COP29 üzrə baş danışıqçı, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, habelə aidiyyəti dövlət qurumlarının digər rəsmiləri və ekspertləri bir araya gəliblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın COP29-da iştirak və çıxışlarını işıqlandıran nəşrdə Azərbaycan Respublikası xarici işlər nazirinin, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsinin və digər rəsmilərin COP29 ilə bağlı məqalələri də yer alıb.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026