TÜRKPA "Diplomatik Protokol Bələdçisi"nin təqdimat mərasimində iştirak edib
Tarix
Baxış
3
16 dekabr 2023-cü il tarixində Baş Katibin müavini vəkili Sakı Sadıkov və Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunması çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış yeni “Diplomatik Protokol Bələdçisi”nin təqdimat mərasimində iştirak ediblər.
ADA Universitetində təşkil olunan tədbirdə Xarici İşlər Nazirliyinin nümayəndələri, Bakıda akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların rəhbər və nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfli Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların əməkdaşlarının immunitet və imtiyazlarını özündə əks etdirən “Diplomatik Protokol Bələdçisi” haqqında məlumat verib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Azərbaycanın xarici siyasətini əks etdirən videoçarx nümayiş olunub.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026