TÜRKPA Dayanıqlı İnkişaf üzrə Trans-Altay dialoqunda iştirak edib
Tarix
Baxış
3
13-14 iyun 2023-cü il tarixlərində Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Monqolustanın Ulan-Bator şəhərində "Gender və Dayanıqlılıq" mövzusunda keçirilən Dayanıqlı İnkişaf üzrə Trans-Altay dialoqunda iştirak etmişdir. Tədbir Monqolustanın Böyük Dövlət Xuralı (Parlament), Daha yaxşı gələcək üçün Pan Gi Mun Fondu, ABŞ-ın Stenford Universiteti və Koreya Respublikasının İvha Qadın Universiteti tərəfindən birgə təşkil edilmişdir.
Beynəlxalq Forumun açılış mərasimində Monqolustanın Böyük Dövlət Xuralının sədri Gombojav Zandanşatar, Koreya Respublikası Milli Assambleyasının sədr müavini Kim Yong-ju, Asiya-Sakit Okean Tədqiqat Mərkəzinin direktoru Uolter H. Şorensteyn, Stanford Universitetinin baş elmi işçisi Gi-Vook Şin və BMT-nin səkkizinci baş katibi, Daha yaxşı gələcək üçün Pan Gi Mun Fondunun rəhbəri Pan Gi Mun çıxış etmişdir.
Tədbirin işi "Altayşünaslığın beynəlxalq perspektivləri", "Qadınların imkanlarının artırılması və liderlik", "Əmək bazarında gender bərabərliyi", "Təhsildə gender bərabərliyi", "Gender əsaslı zorakılıq və insan hüquqları" və "Gender bərabərliyi və dayanıqlı inkişaf" adlı panel sessiyaları ilə davam etmişdir.
Baş katib Mehmet Süreyya Er, Monqolustanın Böyük Dövlət Xuralının sədri Gombojav Zandanşatar, Monqolustanın keçmiş prezidenti Enhbayar Nambar və akademik icmanın görkəmli nümayəndələri ilə birlikdə "Altayşünaslığın beynəlxalq perspektivləri" sessiyasında çıxış etmişdir.
Baş katib çıxışında Monqolustan və türk dövlətləri arasındakı yaxın köklər, coğrafi qonşuluq, ortaq mədəniyyət və adət-ənənələr ilə şərtlənən münasibətlərə toxunmuşdur. Altayı ümumi dəyərlərin formalaşdığı Türk və monqol xalqları arasında təmas nöqtəsi kimi qeyd edən Baş katib qeyd etmişdir ki, bu sahədə aparılan tədqiqatlar xalqlar arasında münasibətlərin tarixinə və onları birləşdirən dəyərlərə işıq salmaq baxımından əhəmiyyətlidir.
O, Altayın türk dünyası tarixində əcdadlarımızın silinməz izlərini daşıyan mühüm yerindən danışmışdır. Baş katib Altayı coğrafi, tarixi, mədəni və mənəvi bir fenomen və tarix, etnoqrafiya, mədəniyyət və təbiət baxımından əvəzolunmaz bir xəzinə kimi qiymətləndirmişdir. O, Altayı mədəniyyətlərin həqiqi dialoqu mühiti ilə müxtəlifliyin müsbət qarşılıqlı əlaqəsinin nümunəsi kimi qeyd etmiş və bu amilin qlobal tendensiyalar və mədəniyyətlərarası dialoqun irəliləməsi fonunda böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
14 iyun tarixində tədbirin proqramına Terelj Milli Parkında təbiət gəzintisi, Naadam və mədəni tamaşalar daxil idi. İştirakçılara ənənəvi xalq mahnıları, rəqs konserti, köçərilərin mədəniyyəti və ənənələri, monqol milli güləşi, milli oxçuluq, at yarışları, həmçinin Naadam yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi nümayiş etdirilmişdir. Tədbir bağlanış mərasimi ilə yekunlaşmışdır.
Hər il Asiyada keçirilən Trans-Sakit Okean Dayanıqlılıq İnkişaf Dialoqunun subregional xüsusi tədbiri olaraq, Trans-Altay Dayanıqlılıq Dialoqu dayanıqlı inkişaf gündəliyinə töhfə vermək məqsədi daşıyır. Dialoq eyni zamanda Trans-Altay bölgəsinin mədəniyyətinə, tarixinə və ənənələrinə həsr olunmuşdur.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026