TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğızıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğızıstanın xarici işlər nazirinin müavini ilə görüşüb

Tarix
Baxış
3
28 noyabr 2025-ci il tarixində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Abzal Kuspanın rəhbərlik etdiyi TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğız Respublikasının xarici işlər nazirinin müavini Meder Abakirov ilə görüşüb. Missiyanın tərkibinə Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Serik Şaydarov və TÜRKPA Baş katibinin müavini Sakı Sadıkov daxil olub. Missiyanı salamlayan nazir müavini Qırğızıstanın TÜRKPA-nın fəaliyyətinə böyük önəm verdiyini qeyd edib, parlamentlərarası əməkdaşlığın inkişafında Assambleyanın rolunu vurğulayıb. O, həmçinin növbədənkənar parlament seçkilərinə hazırlıq və bu çərçivədə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə Missiyaya məlumat verib. Meder Abakirov Missiyaya seçki sistemi və seçkilərin idarə edilməsi barədə məlumat verərək, seçki prosesinin şəffaflığını, qabaqcıl və rəqəmsal texnologiyaların tətbiqini, seçkilərə hazırlığın və seçkilərin keçirilməsinin rahat və nizamlı şəkildə təşkil olunduğunu vurğulayıb. Öz növbəsində TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının rəhbəri Abzal Kuspan səmimi qəbula və seçki müşahidəsi üçün yaradılmış şəraitə görə səmimi təşəkkürünü bildirib və seçkilərin keçirilməsində uğurlar arzulayıb.