TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğız Respublikasının MSK sədri ilə görüşüb

TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğız Respublikasının MSK sədri ilə görüşüb

Tarix
Baxış
3
29 noyabr 2025-ci il tarixində TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Qırğız Respublikasının Seçkilər və Referendum üzrə Mərkəzi Komissiyasının (MSK) sədri Tınçtık Şaynazarov ilə görüşüb. MSK sədri TÜRKPA Missiyasının üzvlərini qardaş türk dövlətlərinin nümayəndələri kimi salamlamaqdan məmnunluğunu ifadə edib. Tınçtık Şaynazarov növbədənkənar parlament seçkilərinin əsas xüsusiyyətləri barədə Missiyaya məlumat verib. Ölkədən kənarda səsvermənin keçirilməsi üçün xaricdə 100 seçki məntəqəsinin yaradıldığını qeyd edən MSK sədri türk dövlətlərində yaradılmış seçki məntəqələrini də qeyd edib. O, Missiyaya səsvermə üçün yeni avadanlıq və bu seçkilər üçün tətbiq edilən məsafədən səsvermə sistemi barədə məlumat verib. Missiya üzvləri səmimi qəbula görə minnətdarlıqlarını bildirib və seçkilərin Qırğız Respublikasının xeyrinə uğurla keçməsini arzulayıblar. Tərəflər türk dövlətləri arasında sürətlə inkişaf edən əməkdaşlığı və bu proseslərdə TÜRKPA-nın rolunu vurğulayıblar. Bu kontekstdə MSK sədri 14 may 2025-ci il tarixində “Türk Dünyasının Mənəvi Paytaxtı” – Türkistan şəhərində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının himayəsi altında yaradılmış Türk Dövlətləri Mərkəzi Seçki Orqanlarının Məşvərət Platformasının əhəmiyyətini də qeyd edib. Missiyanın proqramına beynəlxalq müşahidəçilər üçün MSK-nın növbədənkənar parlament seçkilərinə dair təqdimat mərasimində iştirak, Qırğız Respublikasının Joqorku Keneşi adından rəsmi nahar və MSK sədri adından rəsmi qəbul daxil edilib. TÜRKPA beynəlxalq seçki və referendum müşahidə missiyaları 2010-cu ildən türk dövlətlərində keçirilən milli seçkiləri və referendumları müşahidə edir. 30 noyabr 2025-ci il tarixində Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentlərinin deputatlarından, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndələrindən, TÜRKPA Beynəlxalq Katibliyinin və Türkiyə parlamentinin əməkdaşlarından ibarətdir. Missiyaya TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Abzal Kuspan rəhbərlik edir.