TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Oş şəhərində monitorinq həyata keçirib

TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Oş şəhərində monitorinq həyata keçirib

Tarix
Baxış
3
30 noyabr 2025-ci il tarixində TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının üzvləri – Türkiyə Böyük Millət Məclisinin deputatları Mahmut Özer, Kadim Durmaz, Filiz Kılıç, eləcə də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov, MSK-nın şöbə müdiri Fərid Əbilov, TÜRKPA Beynəlxalq Katibliyinin və Türkiyə parlamentinin əməkdaşları Qırğız Respublikasında keçirilən növbədənkənar parlament seçkilərinin beynəlxalq müşahidəsi çərçivəsində Oş və Özgön şəhərlərində seçki monitorinqini həyata keçirib. TÜRKPA müşahidəçiləri Oş və Özgön şəhərlərindəki seçki məntəqələrində olub, müxtəlif yerlərdə seçki prosesinin gedişatını qiymətləndiriblər. Missiya üzvləri seçki məntəqələrində səsvermə prosessini müşahidə edib, seçki qanunvericiliyinə əməl olunmasına, seçki komissiyalarının təşkilinə və fəaliyyətinə, seçki məntəqələrinin əlçatanlığına, seçicilərin öz iradələrini azad ifadə etmələrini təmin edən şəraitlərə xüsusi diqqət yetiriblər. Bundan başqa, müşahidəçilər seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilər ilə söhbət aparıblar.