TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyası Bişkekdə monitorinq həyata keçirib
Tarix
Baxış
3
Qırğız Respublikasının Joqorku Keneşinin dəvəti ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Seçki Müşahidə Missiyası 30 noyabr 2025-ci il tarixində Bişkek şəhərində növbədənkənar parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib.
Bişkekdəki Missiyanın tərkibinə Missiyanın rəhbəri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Abzal Kuspan, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Cavanşir Feyziyev, Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Serik Şaydarov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Osman Mesten və Mahmut Rıdvan Nazırlı, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları və Türkiyə Böyük Millət Məclisinin əməkdaşları daxil olub.
Missiya bir neçə seçki məntəqəsini ziyarət edib və səsvermə prosesini seçki məntəqələrinin açılmasından başlayaraq səslərin sayılmasına qədər müşahidə edib. Missiya üzvləri seçicilər, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə yerində söhbətlər aparıb, eləcə də müşahidə fəaliyyəti çərçivəsində kütləvi informasiya vasitələrinə müsahibələr veriblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026