TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Beynəlxalq Parlament Konfransında iştirak edib

TÜRKPA Beynəlxalq Parlament Konfransında iştirak edib

Tarix
Baxış
3
29 oktyabr 2025-ci il tarixində Baş katibin müavini Muhammet Alper Hayali və Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Bakı şəhərində Azərbaycan Respublikası Milli Məclisinin təşkil etdiyi Beynəlxalq Parlament Konfransında iştirak ediblər. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş konfrans “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilib. Tədbirdə 20-yə yaxın ölkədən parlament nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, o cümlədən dövlət suverenliyinin və milli müstəqilliyin qorunması ilə bağlı fikir mübadiləsi aparıblar. Konfransda çıxış edən TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Konstitusiyanın demokratik dövlətin əsası kimi rolunu vurğulayaraq, TÜRKPA-nın qanunvericilik sahəsində əməkdaşlığın və parlamentlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyəti xüsusi olaraq qeyd edib.