TÜRKPA Beynəlxalq Miqrant Gününə həsr olunmuş proqramda iştirak edib
Tarix
Baxış
3
17 dekabr 2021-ci il tarixində Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi Enes Yıldırım Azərbaycan Respublikası Dövlət Miqrasiya Agentliyinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə təşkil etdiyi “İnsan yerdəyişməsinin potensialından istifadə edilməsi” mövzusunda Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, diplomatik korpus və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Proqram çərçivəsində miqrasiya problemləri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi, problemlərin həllində siyasi iradə və resursların səfərbər edilməsi, immiqrantların hüquq və azadlıqlarının müdafiəsi sahəsində humanitar nailiyyətlərin qeyd edilməsi və gücləndirilməsi alt başlıqları altında çıxışlar edilmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026