TÜRKPA Baş katibi vəzifə səlahiyyətlərini təhvil verib
Tarix
Baxış
4
15 oktyabr 2025-ci il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyinin binasında TÜRKPA-nın əməkdaşlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Baş katibin vəzifə səlahiyyətlərinin təhvil verilməsi mərasimi keçirilib.
Mərasimdə Baş katib Mehmet Süreyya Er öz vəzifə səlahiyyətlərini rəsmi olaraq yeni seçilmiş Baş katib səfir Ramil Həsənə təhvil verib. Tədbirdə, həmçinin TÜRKPA bayrağının rəmzi olaraq təhvil verilməsi də həyata keçirilib.
Bu münasibətlə tərəflər təşkilatın gələcək fəaliyyəti və prioritetləri barədə qısa fikir mübadiləsi aparıb, qarşılıqlı olaraq gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Səfir Ramil Həsən 12 iyun 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü Plenar iclasda TÜRKPA-nın Baş katibi seçilib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026