TÜRKPA Baş katibi və ŞKTC Assambleyasının sədri ikitərəfli görüş keçirib
Tarix
Baxış
3
11 iyun 2025-ci il tarixində Astanada keçirilən TÜRKPA-nın 14-cü Plenar iclası çərçivəsində Baş katib Mehmet Süreyya Er Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Ziya Öztürkler ilə görüşüb.
Baş katib ŞKTC Assambleyasının nümayəndə heyətinin TÜRKPA-nın 14-cü Plenar iclasında iştirakına görə təşəkkürünü bildirib. O qeyd edib ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatında (TDT) və TÜRKPA-da müşahidəçi statusu alması Türk dünyasının gücünə daha da güc qatıb. Baş katib, həmçinin 28-31 may 2025-ci il tarixlərində Lefkoşada TÜRKPA-nın himayəsi altında Türk Qadın Parlamentarilərin 1-ci Zirvə görüşünün uğurla təşkil olunduğunu vurğulayıb.
Parlament sədri Ziya Öztürkler TÜRKPA-nın 14-cü Plenar iclasında ŞKTC-ni təmsil etməkdən və iştirak etməkdən məmnunluğunu ifadə edib. O, ŞKTC-nin Türk dünyasının ayrılmaz bir parçası olduğunu qeyd edərək, Türk dünyasının birlik və həmrəyliyinin, bu istiqamətdə sistemli fəaliyyətin aparılmasının əhəmiyyətini vurğulayıb. Spiker Ziya Öztürkler TÜRKPA-nın 14-cü Plenar iclasının işinə uğurlar arzulayıb.
ŞKTC 2022-ci ildə Səmərqənddə keçirilən 9-cu Zirvə görüşü zamanı TDT-də müşahidəçi statusu alıb. Daha sonra 2023-cü ildə Ankarada keçirilən 12-ci Plenar iclasda ŞKTC Assambleyası TÜRKPA-da müşahidəçi əldə edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026