TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Türk Akademiyasının prezidenti ilə görüşüb

TÜRKPA Baş katibi Türk Akademiyasının prezidenti ilə görüşüb

Tarix
Baxış
3
26 dekabr 2025-ci il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi səfir Ramil Həsən Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ilə görüşüb. Görüş zamanı tərəflər TÜRKPA ilə Türk Akademiyası arasında əlaqələrin cari vəziyyəti və gələcək perspektivlərinə dair geniş müzakirələr aparıblar. TÜRKPA-nın səlahiyyətləri çərçivəsində qanunvericilik çərçivəsi və qanunvericiliyin uyğunlaşdırılması, parlament diplomatiyası və parlamentlərarası əməkdaşlığın digər sahələri ilə bağlı məsələlərə, o cümlədən Türk Akademiyasının elm, təhsil, tədqiqat, arxeoloji qazıntılar və digər mühüm elmi nailiyyətlər əldə etdiyi sahələr üzrə həyata keçirdiyi fəaliyyətinə xüsusi diqqət yetirilib. Görüşdə Türk Akademiyasının təqdirəlayiq nailiyyətlər əldə etdiyi ortaq türk tarixi, əlifbası, coğrafiyası, ədəbiyyatı kimi sahələr üzrə əməkdaşlıq məsələləri də müzakirə olunub. Hər iki təşkilat rəhbərləri iki qardaş qurumun 2026-cı ildə türk dünyasının ortaq strateji maraqlarına uyğun olaraq müvafiq addımlar atmasına şəraitin yaradılması istiqamətində sıx və səmərəli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bununla bağlı TÜRKPA, eləcə də Türk Akademiyası tərəfindən koordinatorlar təyin edilib və bu koordinatorlar vasitəsilə ikitərəfli əməkdaşlığın yeni inkişaf mərhələsi üçün imkanların yaradılması məsələsi vurğulanıb. Görüşdə Türk Akademiyasından vitse-prezidenti Bülent Bayram, ekspertlər Dinmuhammed Ametbek və Aynur Mayemerova iştirak ediblər. Görüş zamanı Baş katibi onun müavini Talqat Aduov və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər.