TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi TİKA sədrini qəbul edib

TÜRKPA Baş katibi TİKA sədrini qəbul edib

Tarix
Baxış
3
30 oktyabr 2025-ci il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Ereni qəbul edib. Ziyarət Baş katib Ramil Həsənin vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətlə baş tutub. Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də komissiya katibi Kadir Yamanın da qatıldığı görüşdə TİKA sədrinin müşaviri Sefa Bekar və TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik iştirak ediblər. Səmimi mühitdə baş tutan görüşdə Baş katib səfir Ramil Həsən qanunvericilik zəminində üzv parlamentlər qarşısında vəzifələrin funksional şəkildə icra edilməsi məqsədilə yeni yanaşmaların işlənib hazırlandığını vurğulayıb. Baş katib üzv dövlətlərə edilən rəsmi səfərlər zamanı parlament sədrləri və müvafiq nazirliklər səviyyəsində bu təşəbbüslərə verilən güclü dəstəyi qeyd edib. Baş katib Ramil Həsən öz çıxışında türk dünyasında TİKA-nın üzərinə düşən mühüm rolunu və əldə etdiyi nailiyyətləri vurğulayıb. O, sədr Erenə yeni təyinatı münasibətilə təbriklərini çatdırıb və ona müstəsna mühüm fəaliyyətində böyük nailiyyətlər arzu edib. TİKA sədri Abdullah Eren öz növbəsində səfir Ramil Həsəni TÜRKPA Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. TİKA sədri Baş katibin digər təşkilatlarda əldə etdiyi təcrübə ilə təsisi prosesində iştirak etdiyi qurum olan TÜRKPA-nın fəaliyyətinə mühüm töhfələr verəcəyinə inamını ifadə edib. Görüşdə tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bir sıra məsələlər nəzərdən keçirilib. Bu kontekstdə kadr potensialının artırılmasına yönəlmiş beynəlxalq təcrübə imkanları, türk dövlətlərinin parlamentləri arasında qanunvericilik sahəsində qabaqcıl təcrübə və təcrübə mübadiləsi ilə bağlı layihələr, türk dünyası gündəminin beynəlxalq ictimai rəyə səmərəli şəkildə çatdırılması üçün birgə layihələrin hazırlanması müzakirə edilib.