TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Qazaxıstanın Azərbaycandakı səfirinə nəzakət ziyarəti edib

TÜRKPA Baş katibi Qazaxıstanın Azərbaycandakı səfirinə nəzakət ziyarəti edib

Tarix
Baxış
3
22 yanvar 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayelə nəzakət ziyarəti edib. Görüş zamanı səfir Bayel Qazaxıstan Parlamenti və Xarici İşlər Nazirliyinin TÜRKPA-nın fəaliyyətinə böyük önəm verdiyini və Assambleyaya hərtərəfli dəstək göstərməyə davam edəcəyini vurğulayıb. O, həmçinin Qazaxıstanın Azərbaycandakı səfirliyinin TÜRKPA-nın fəaliyyətinin Qazaxıstan mediasında işıqlandırılmasında dəstək göstərəcəyini bildirib. Öz növbəsində, səfir Ramil Həsən səmimi qarşılanmaya görə təşəkkürünü ifadə edib və Qazaxıstanın 2008-ci ildən etibarən TÜRKPA-nın təsisçi üzvü kimi fəal iştirakını xüsusi qeyd edərək qanunvericilik bazalarının uyğunlaşdırılması, model qanunların hazırlanması, daimi komissiyalar çərçivəsində aparılan işlər və parlament diplomatiyasının inkişafına Qazaxıstanın verdiyi mühüm töhfələri vurğulayıb. Baş katib göstərilən davamlı dəstəyə görə minnətdarlığını bildirərək, üzv dövlətlər arasında əlaqələndirilmiş əməkdaşlığın əhəmiyyətini qeyd edib, səfirə və onun heyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə, həmçinin Baş katibin müavini cənab Talqat Aduov da iştirak edib.