TürkPA Baş katibi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyini ziyarət etmişdir.
Tarix
Baxış
2
21 aprel, 2017-ci ildə TürkPA Baş katibi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ikinci dəfə ziyarət etmişdir.
Muzeydə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.
İlk baxışda öz memarlıq üslubu ilə diqqəti cəlb edən muzeyin binası qədim əlyazmaları, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli foto-şəkillər, heykəltaraşlıq nümunələri, xəritələr, tətbiqi sənət nümunələri ilə zəngindir.
Dünyanın bütün hissələrindən ziyarətçiləri qəbul edən Muzeyin əsas missiyası qonaqları Azərbaycanın zəngin ədəbi irsi ilə tanış etməkdən ibarətdir.
Sonda Baş katib muzeyin xatirə kitabına öz ürək sözlərini yazmışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026