TÜRKPA Baş katibi Beynəlxalq Parlamentarilər Konqresinin Prezidenti ilə görüşüb
Tarix
Baxış
2
26 yanvar 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilir.
Bu çərçivədə ilk görüş Beynəlxalq Parlamentarilər Konqresinin Prezidenti, İordaniya Haşimilər Krallığının sabiq vitse-spikeri cənab AbdelRahim Almaaia ilə keçirilib.
Görüş zamanı 2023-cü ildə TÜRKPA ilə Beynəlxalq Parlamentarilər Konqresi arasında imzalanmış Əməkdaşlıq və Qarşılıqlı Anlayış Memorandumunun icrası məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi TÜRKPA-ya üzv ölkələrin parlamentarilərinin fəal iştirakı ilə inkişa etdirilə bilər. Bu baxımdan, əlaqələrin yeni mərhələyə yüksəldilməsi məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament üzvlərinin Beynəlxalq Parlamentarilər Konqresi çərçivəsində daha aktiv iştirakı ilə bağlı qarşı tərəfin xahişi ifadə edilib.
Tərəflər sözügedən məsələlər ətrafında geniş müzakirələr apaıb və Beynəlxalq Parlamentarilər Konqresi tərəfindən gələcəkdə konkret əməkdaşlıq mexanizmlərinə dair TÜRKPA Katibliyinə rəsmi məktubun ünvanlanması, öz növbəsində TÜRKPA Katibliyinin isə üzv parlamentlərə müraciət etməklə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanlarının razılaşdırılması barədə razılıq əldə ediblər.
Görüşdə TÜRKPA Baş katibini müavini cənab Muhammet Alper Hayali və Protokol xidmətinin rəisi cənab Yadigar Məmmədov müşayiət edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026