TÜRKPA Baş katibi Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib
Tarix
Baxış
3
26 yanvar 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.
Çıxış zamanı səfir Həsən TÜRKPA-nın fəaliyyəti, həyata keçirdiyi layihələr və eyni zamanda Asiya Parlament Assambleyası ilə qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar barədə geniş məlumat verərək, TÜRKPA-nın 2017-ci ildə Asiya Parlament Assambleyasında müşahidəçi qismində üzvlük statusu qazandığını diqqətə çatdırmışdır.
Parlament diplomatiyası və beynəlxalq diplomatiyanın harmoniyasının, dünyada sülhün və əmin-amanlığın bərqərar olunması, konfliktlərin həlli, Asiya regionunda və qlobal səviyyədə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın təşviqi, eləcə də təhlükəsizliyin təmin olunması kimi bir çox proseslərdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Baş katib, parlamentarilərin ortaq fəaliyyətinin dünyamız üçün böyük fayda verdiyini qeyd etmişdir.
Bu çərçivədə cənab Həsən TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirmiş, üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentarilərinin qarşılıqlı anlaşma və hörmət prinsipləri əsasında əməkdaşlıq etdiyini, Türk dövlətlərinin bütün dinlərə və millətlərə qarşı tolerant siyasət yürtdüyünü xüsusi vurğulayaraq, həmçinin TÜRKPA-nın bu istiqamətdə atdığı addımların əhəmiyyətini ifadə etmişdir.
Çıxışının sonunda Baş katib TÜRKPA-nın gələcəkdə həyata keçirəcəyi layihələrdən bəhs etmiş, Asiya Parlament Assambleyası ilə əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyması istiqamətində əzmlə fəaliyyət göstərəcəyini vurğulamışdır.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026