TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA ATƏT Nazirlər Şurasında iştirak edib

TÜRKPA ATƏT Nazirlər Şurasında iştirak edib

Tarix
Baxış
2
Baş katib Altınbek Mamayusupov 5-6 dekabr 2019-cu ildə ATƏT-in Slovakiya sədrliyinin ev sahibliyində Bratislavada baş tutmuş Nazirlər Şurasının 26-cı iclasında iştirak etmişdir. ATƏT üzv ölkələrindən 40-dan çox Xarici İşlər naziri və rəsmiləri, o cümlədən, beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirən tədbir “Əhali, dialoq və sabitlik naminə” şüarı ilə keçirilmişdir. ATƏT-in mərkəzi qərar qəbul edən və idarəetmə orqanı olan Nazirlər Şurası Avropada və dünyanın digər regionlarında mövcud olan aktual təhlükəsizlik problemlərini müzakirə etmişdir. TÜRKPA ATƏT-in fəaliyyətdə olan sədrliyi tərəfindən qonaq beynəlxalq təşkilat kimi müntəzəm olaraq ATƏT Nazirlər Şurası iclaslarına dəvət olunur.