TÜRKPA AQFETM-in Gənclər Şurasının beşinci iclasında iştirak edib
Tarix
Baxış
3
14 iyul 2022-ci tarixində TÜRKPA Gənc Parlamentarilər Qrupunun İcraçı katibi Elay Pənahlı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Gənclər Şurasının beşinci iclasında iştirak edib.
Tədbir Nur-Sultanda hibrid formatda keçirilib. AQFETM-in İcraçı Direktoru Kayrat Sarıbay, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Yeldos Abakanov, Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirinin müavini Aleksandr Danilov, Nazarbayev Universitetinin Vitse-Prezidenti Kadişa Dairova, Gənclər Şurasının üzvləri, eləcə də AQFETM-də müşahidəçi və tərəfdaş təşkilatların nümayəndələri, gənclər təşkilatları və birlikləri iştirak edib.
Plenar və panel iclaslarda gənclər və tələbə mübadiləsi proqramları, gənclər arasında intihar və narkomaniyanın qarşısının alınması, gənclərin inkişafı, gənc parlamentarilər və gənclər təşkilatları arasında əməkdaşlıq kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Elay Pənahlı Assambleyanın Gənc Parlamentarilər Qrupunun fəaliyyəti barədə məlumat verib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026