TÜRKPA AQEM-in qərargahının təməlqoyma mərasimində iştirak edib
Tarix
Baxış
3
26 iyun 2024-cü il tarixində Baş katibin müavini Talqat Aduov Qazaxıstanın paytaxtı Astanada şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) qərargahının təməlqoyma mərasimində iştirak edib.
Tədbirdə Qazaxıstan, Azərbaycan və Tacikistanın rəsmiləri, Astanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə AQEM-in Baş katibi Kayrat Sarıbay, Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Alibek Bakayev, Tacikistan Respublikasının xarici işlər nazirinin birinci müavini İsmatullo Nasredin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Regional təhlükəsizlik idarəsinin rəisi Azər Musayev çıxış ediblər.
Baş katib Kayrat Sarıbay AQEM-in Asiya ölkələri arasında əməkdaşlıq və dialoqa davamlı sadiqliyinin simvolu kimi yeni qərargahının əhəmiyyətini vurğulayıb. Binaya qabaqcıl yaşıl texnologiyaların tətbiqi və davamlı inkişafı təşviq etmək məqsədilə parkın yaradılması planlarını xatırladan cənab Sarıbay üzv dövlətləri AQEM regionunun mədəni müxtəlifliyini əks etdirmək üçün yeni qərargahın daxili dizaynına töhfə verməyə dəvət edib.
İştirakçılar binanın bünövrəsinə AQEM-in Katibliyinin gələcək həmkarları üçün içərisində mesaj olan vaxt kapsulunu yerləşdiriblər. Kapsulun AQEM-in təsis sənədinin 50 illiyi münasibətilə 2049-cu ildə açılması nəzərdə tutulur.
27 iyun 2024-cü il tarixində Astanada Yüksək Vəzifəli Məmurlar Komitəsinin iclası ərəfəsində Azərbaycan, Qazaxıstan və Tacikistan rəsmiləri arasında ilk dəfə olaraq məşləhətləşmələr aparılıb.
Məsləhətləşmələr zamanı AQEM-in fəaliyyəti və 11 noyabr 2024-cü ildə Bakıda keçiriləcək AQEM-in Nazirlər Şurasının iclasında sədrliyin Qazaxıstandan Azərbaycana təhvil verilməsinə hazırlıq kimi məsələlər müzakirə edilib.
Tədbir iştirakçıları təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək üçün müxtəlif səviyyələrdə görüşləri davam etdirməyə hazır olduqlarını bildiriblər.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026